• $
  • £

Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə çağırıb

Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə çağırıb
26.03.2025 22:20

Azərbaycan Ermənistanı sülh sazişinin imzalanması prosesini sürətləndirməyə çağırıb və qeyd edib ki, bu imkan sonsuz mövcud olmayacaq.

“Report” “Perfil”ə istinadən xəbər verir ki, bu barədə Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov söyləyib.

“Ermənistanı razılaşmaya getməyə sövq edən amillərdən biri bu şansın yox ola biləcəyini dərk etməsidir. Bunu əldən vermək səhv olardı”, – Əmirbəyov bildirib.

Onun sözlərinə görə, bu ay başa çatan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır.

“Bu razılaşma son deyil, başlanğıcdır. Sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla qurulur”, – Azərbaycan rəsmisi vurğulayıb.

“Perfil” xatırladıb ki, 2023-cü ildə Azərbaycan Qarabağ regionu üzərində tam nəzarəti geri qaytarıb, bu da sülh prosesinin başlanmasına gətirib çıxarıb. Lakin əldə edilmiş razılaşmalara baxmayaraq, ölkələr arasında gərginlik qalmaqdadır.

Argentina daxili işlər naziri Gilyermo Frankosla görüşü zamanı Elçin Əmirbəyov qeyd edib ki, məsələyə yalnız bir nöqteyi-nəzərdən baxmaq olmaz. Onun sözlərinə görə, xüsusilə Argentinanın Malvin adaları mübahisəsi kontekstində müdafiə etdiyi ərazi bütövlüyü prinsipi işığında Azərbaycanın mövqeyini nəzərə almaq vacibdir.

“Biz istəyirik ki, Argentina cəmiyyəti məsələ haqqında yalnız birtərəfli təsəvvürlə deyil, həm də Azərbaycan nöqteyi-nəzərini eşitsin”, – o bildirib.

“Perfil”in qeyd etdiyi kimi, Azərbaycan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır, xüsusilə də Avropanın enerji sektorunda rolu və regionda dəyişən geosiyasi balans nəzərə alınmaqla.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol