• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
27.03.2025 13:34

Elm və təhsil naziri Emin Əmrullayev Paris şəhərinə səfəri çərçivəsində Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı doktorantlarla görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Azərbaycanın Fransadakı Mədəniyyət Mərkəzində baş tutan görüşdə Emin Əmrullayev elm və təhsil sahəsinin inkişafına davamlı göstərilən dövlət qayğısını vurğulayaraq ali təhsil sistemində son illərdə aparılan islahatlar, təhsil sistemindəki yeniliklər barədə tələbələrə məlumat verib. 

Nazir Qarabağ Universitetində mövcud olan tədris imkanlarını, o cümlədən xaricdə təhsil üzrə cari Dövlət Proqramının müddətinin 2028-ci ilədək uzadılması və doktorantlar üçün müvafiq kvotanın ayrılması məsələlərini xüsusilə vurğulayıb.

Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorantların gələcəkdə akademik və elmi fəaliyyəti ilə bağlı imkanlarına dair müzakirələr aparıb.

Nazir gəncləri təhsillərini bitirdikdən sonra Azərbaycanda elmi fəaliyyətlə məşğul olmağa, elm və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Cəmiyyət 18:20
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Lənkəranda yeniyetmə dənizdə boğulub
Cəmiyyət 18:18
Lənkəranda yeniyetmə dənizdə boğulub
Azərbaycandan tranzitlə keçən “təzə qarpız” yükündə narkotik aşkarlanıb
Cəmiyyət 17:02
Azərbaycandan tranzitlə keçən “təzə qarpız” yükündə narkotik aşkarlanıb
AZAL bu istiqamətlərə aviareysləri ləğv edib
Cəmiyyət 15:30
AZAL bu istiqamətlərə aviareysləri ləğv edib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:25
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Binəqədi–Novxanı yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 13:00
Binəqədi–Novxanı yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:55
Sabahın hava proqnozu
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb
Cəmiyyət 11:51
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb
İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Cəmiyyət 11:18
İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol