• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
28.03.2025 17:18

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Cəmiyyət 20:15
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
Cəmiyyət 19:56
BQXK-nın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini yaxın vaxtlarda dayandıracaq
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Cəmiyyət 19:40
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var
Cəmiyyət 18:26
Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Cəmiyyət 17:19
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 16:42
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Lerikə yeni prokuror təyin edilib
Cəmiyyət 16:02
Lerikə yeni prokuror təyin edilib
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Cəmiyyət 15:02
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Ölkədə boşananların sayı azalıb
Cəmiyyət 14:41
Ölkədə boşananların sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol