• $
  • £

Mərkəzi Bank valyuta hərracları ilə bağlı açıqlamaları “aktual hesab” etmir

Mərkəzi Bank valyuta hərracları ilə bağlı açıqlamaları “aktual hesab” etmir
02.04.2025 14:47

Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı keçirdiyi valyuta hərraclarının nəticələrini artıq ictimaiyyətə açıqlamır. Bu barədə AMB-dən Banker.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bankdan bildirilib ki, fevral ayının sonunda Mərkəzi Bankın sədri mətbuat nümayəndələri ilə görüşündə bu dəyişikliklə bağlı media nümayəndələrinə məlumat verib. Hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur.

“Eyni zamanda qeyd etmək istərdik ki, Mərkəzi Bankın hər ayın sonuna olan valyuta ehtiyatlarının səviyyəsinə dair məlumat Mərkəzi Bankın internet səhifəsində aylıq əsasda açıqlanır. Bu məlumatın ənənəvi qaydada kommunikasiyası davam etdiriləcək”, –  məlumatda bildirilir.

AMB-nin valyuta ehtiyatları 2025-cü ilin martın əvvəlinə 10 milyard 991.8 milyon ABŞ dolları təşkil etməklə öncəki ayı 0.03 faiz üstələyib. Bununla belə, bu göstərici keçən ilin dördüncü rübünün əvvəlindəki qeydə alınan 11 milyard 795.8 milyon dollardan aşağıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol