• $
  • £

Azərbaycanda ödəniş kartlarının sayı artıb

Azərbaycanda ödəniş kartlarının sayı artıb
02.04.2025 17:35

2025- сi ilin fevralında dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 273 min ədəd artaraq 20 milyon 239 min ədəd təşkil edib. Bu barədə  Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16.7% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 19.2%, kredit kartları üzrə 0.1% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərilib.

Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.3 dəfə artıb. 2025-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,133 mln. manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankı 2027-ci ilə qədər kart əməliyyatlarında nağdsız ödənişlərin payının 70%-i ötəcəyini gözləyir. Bu barədə Mərkəzi Bank  tərəfindən təsdiq edilmiş və tənzimləyici orqanın saytında dərc edilən 2024-2026-cı illərdə Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə Strategiyada bildirilib. 

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sonuna kart əməliyyatları üzrə nağdsız ödənişlərin payı 55% təşkil edir.

Bundan əlavə, Mərkəzi Bank 2024-2026-cı illərdə milli ödəniş sistemində ani ödənişlərin payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda bu, cəmi 0,39% təşkil edir.
 
Mərkəzi Bank hesab edir ki, 2027-ci ilə qədər bu rəqəm 25%-dən çox ola bilər.

Digər məqsəd pərakəndə ticarət şəbəkəsində nağdsız ödənişlərin payının ən azı 40%-ə (hazırda 21,1%) çatdırılmasıdır.

Mərkəzi Bank həmçinin 2027-ci ilə qədər cari hesablardan müştəri köçürmələrində rəqəmsal bankçılığın payının 90%-i (hazırda 80%) keçəcəyini gözləyir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:13
Qızıl və gümüş bahalaşıb
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol