Hacı Vəliyev həbsdə qalıb

Bakı Apellyasiya Məhkəməsi Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin qərardan şikayəti ilə bağlı vəsaətitini təmin etməyib.
Qərara əsasən Hacı Vəliyev həbsdə qalıb.
Bir neçə gün öncə Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 sutka həbs cəzası çıxarılıb.
Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Gülnar
Son xəbərlər
Daha çox 