• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

Oxşar istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdiriləcək

Oxşar istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdiriləcək
07.04.2025 19:00

Dövlət başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək. 

İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır. 

Bildiririk ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək.

Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq.

Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb - Yenilənib
Cəmiyyət 21:30
Faktiki hava açıqlanıb - Yenilənib
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
Cəmiyyət 20:45
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Cəmiyyət 20:24
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Cəmiyyət 18:56
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Cəmiyyət 18:11
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Cəmiyyət 18:08
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Cəmiyyət 17:23
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Bakı-Quba yolunu su basıb, maşınlar ödənişli yola yönləndirilib
Cəmiyyət 16:59
Bakı-Quba yolunu su basıb, maşınlar ödənişli yola yönləndirilib
Polis suya düşən sürücünü son anda xilas edib - Video
Cəmiyyət 16:31
Polis suya düşən sürücünü son anda xilas edib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol