• $
  • £

Bakı sakinləri istədikləri “ASAN Xidmət” mərkəzlərinə müraciət edə biləcək

Bakı sakinləri istədikləri “ASAN Xidmət” mərkəzlərinə müraciət edə biləcək
29.05.2020 09:11
Fevralın 1-dən ilk dəfə olaraq “ASAN Xidmət”in səyyar avtobusları Bakıda da vətəndaşlara xidmət göstərməyə başlayacaq. APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov bu gün keçirilən mətbuat konfransında deyib ki, vətəndaşlar mərkəzlərə gəlmədən səyyar avtobuslardakı xidmətlərdən yararlana biləcəklər. Onun sözlərinə görə, “ASAN Xidmət”in səyyar avtobuslarında xidmətlər qanunvericiliyə uyğun olaraq pullu olacaq. İ.Kərimov qeyd edib ki, yalnız hərəkəti məhdud olan əlillər və sağlamlığı məhdud uşaqlara bu xidmətlərdən tam pulsuz olaraq istifadə edəcəklər. İ.Kərimov vurğulayıb ki, 2014-cü ildə ilk növbədə “ASAN Xidmət” mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur: “Bu il regionlarda 4-5 mərkəzin açılması nəzərdə tutulub. Bu ilin mart ayında Sabunçu rayonunda 4 saylı “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bundan sonra əhali üçün yaşayış limiti aradan qaldırılacaq və qeydiyyat yerindən asılı olmayaraq Bakı sakinləri, Sumqayıt və Abşeron da daxil olmaqla istədikləri “ASAN Xidmət” mərkəzlərinə müraciət edə biləcəklər. Mart ayından etibarən bölgələrdə də yenidən səyyar avtobuslar fəaliyyətə başlayacaq”. Agentliyin sədri qeyd edib ki, bəzən vətəndaşlar hər hansı bir sənədi almaq üçün bir ay və ya müəyyən bir müddət gözləməli olurlar. Amma “ASAN Xidmət” mərkəzlərində bu məsələlər 1 gün və ya 5 dəqiqəyə həll edilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol