• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
08.04.2025 18:20

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 9-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və fasilələrlə yağıntılı olacağı, yağışın ayrı-ayrı yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb - Yenilənib
Cəmiyyət 21:30
Faktiki hava açıqlanıb - Yenilənib
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
Cəmiyyət 20:45
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Cəmiyyət 20:24
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Cəmiyyət 18:56
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Cəmiyyət 18:11
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Cəmiyyət 18:08
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Cəmiyyət 17:23
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Bakı-Quba yolunu su basıb, maşınlar ödənişli yola yönləndirilib
Cəmiyyət 16:59
Bakı-Quba yolunu su basıb, maşınlar ödənişli yola yönləndirilib
Polis suya düşən sürücünü son anda xilas edib - Video
Cəmiyyət 16:31
Polis suya düşən sürücünü son anda xilas edib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol