Suqovuşana növbəti 54 ailə yola salınıb

Ağdərənin Suqovuşan kəndinə 54 ailə olmaqla 179 nəfər yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi məlumat verib.
Bununla da Suqovuşana köçürülməsi nəzərdə tutulan 180 ailənin yerləşdirilməsi prosesi yekunlaşıb.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Suqovuşan 2020-ci ilin oktyabrında Azərbaycan ordusu tərəfindən azad olunub. 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Gülnar
Son xəbərlər
Daha çox 