Aytac Ağazadə barəsində qiyabi həbs qərarı verilib

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair araşdırmalar davam edir.
“Qafqazinfo”nun məlumatına görə, istintaqın gedişində QHT nümayəndəsi Aytac Ağazadə də cinayət məsuliyyətinə cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Aytac Ağazadə barəsində 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib. O, ölkədə olmadığından axtarışa verilib.
Daha bir QHT nümayəndəsi Əhməd Məmmədzadə barəsində isə əvvəlki gündə həbs qərarı verilib.
Hazırda “QHT işi” üzrə bir neçə nəfər istintaqa cəlb olunub, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə istintaq hərəkətləri davam etdirilir.
Son xəbərlər
Daha çox 