Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib

“Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC, 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Son xəbərlər
Daha çox 