• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Tofiq Yaqublunun səhhəti pisləşib

Tofiq Yaqublunun səhhəti pisləşib
15.04.2025 12:36

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsxanada  səhhəti pisləşib. Bu barədə qızı Nigar Həzi facebook hesabında paylaşım edib.

O bildirib ki, bu gün aclıq aksiyasının 15-ci gündür.

"İndicə ata ilə danışdım. Hər dəfə saat 10-11 arası danışırdıq. Bu gün gec zəng etdi deyə, çox narahat olmuşdum. Səsi çox halsız, yorğun və zəif gəlirdi. Danışanda dedi ki, ondan qan analizi götürdükləri üçün daha doğrusu, qan analiz götürə bilmədikləri üçün gec zəng edib. Ata dedi ki, analiz üçün damardan qan çıxmırdı deyə, götürə bilmirdilər. Qan qatı və qara idi. Həkim xeyli çalışdıqdan sonra güclə 3q qan götürə bildi. Mədəsində kəskin ağrılar əmələ gəlib. Ümumən bütün vücudu ağrıyır. Suyu belə güclə içə bilir, gecələr yata bilmir",- Nigar Həzi qeyd edib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun bu gün çəkisi 85kq olub.

"Ürək döyüntüsü kəskin aşağı düşüb. Dünən 95 olan ürək döyüntüsü bu gün 57-dir. Təzyiqi 125/80, temperaturu 36-dır. Kamerasına yenə yemək gətirdiklərini soruşanda dedi ki, kamerasına yenə gündə 3 dəfə yemək gətirirlər və saatlarla masanın üstündə saxlayırlar",- o əlavə edib.

Tofiq Yaqublu dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittihamın irəli sürülüb.

 Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol