• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Azərbaycanda büdcə təşkilatlarında çalışan işçilərin sayı digər ölkələrdən çox aşağıdır - Deputat

Azərbaycanda büdcə təşkilatlarında çalışan işçilərin sayı digər ölkələrdən çox aşağıdır - Deputat
15.04.2025 15:00

Azərbaycanda hər min nəfərə düşən büdcə təşkilatlarında çalışan işçilərin sayı digər ölkələrdən çox aşağıdır. Bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib. 

"Son zamanlar bir çox büdcə təşkilatlarında ixtisarların sayı artmağa meyl edir. Hər bir ixtisar nəzarətə götürülməlidir. Bu məsələdə nəzarət güclənməlidir. Hər bir ixtisarın arxasında ailə və   problemləri dayanır. Yeni problemlər yaranır. Biz iş yerinin dəyəri məsələsinə audit hesabatlarında fikir verməliyik. Elə sahələr var ki, bir iş yerinin yaradılması üçün Avropa ölkələrindəkindən 5-6 dəfə çox vəsait tələb olunur. Milyonlar xərc çəkilir amma yaradılan iş yerlərinin sayı aşağıdır.  Azərbaycanda hər min nəfərə düşən büdcə təşkilatlarında çalışan işçilərin sayı hamıdan aşağıdır. Biz isə hər yerdə ixtisarlardan danışırıq. Rayonlarda 6-7 bələdiyyə birləşib. Bir nəfər onu idarə edir. Nə üçün Belarusiyada və Rusiyanın özündə hər min nəfərə düşən büdcə təşkilatlarında çalışan işçilərin sayı bizdən xeyli artıqdır. Narahatçılıq doğuran məsələdir", - deputat bildirib. 

Deputat ali təhsil məsələsinə də toxunaraq bildirib ki, Azərbaycanda hər min nəfərə düşən ali təhsilli ixtisaslılar azalır, orta təhsilli insanların sayı artmağa meyl edir. O vurğulayıb ki, Azərbaycanda heçvaxt belə hal baş verməyib. 

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol