Bulvarda dənizdə batan şəxsin meyiti tapılıb

Dənizkənarı Milli Park yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1 nəfərin axtarışları yekunlaşıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Daha çox 