• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Ağsuda güclü sel ekskavatoru aparıb - 1 ölü, 3 yaralı/Yenilənib

Ağsuda güclü sel ekskavatoru aparıb - 1 ölü, 3 yaralı/Yenilənib
16.04.2025 14:26

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.

 

14:08

Ağsu rayonunun Kalva kəndində güclü sel axını nəticəsində eks­kavator aşıb, içərisində olan 1 nəfər ölüb, 3 nəfər yaralanıb, yerli media xəbər verir.

Hadisə zamanı yol-təmir işləri görən fəhlələr yağışdan sığınmaq üçün ekskavatora keçiblər, lakin bir müddət sonra əraziyə gələn sel maşını aparıb.

Həlak olan şəxs – 1982-ci il təvəllüdlü Pərviz Ayətullayev hadisə yerində ölüb. Yaralananlar Bəxtiyar Abdullayev (Qazax), Elnur Salahov (Cəbrayıl) və Bəxtiyar Qasımov (Gədəbəy) Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək Şamaxı Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol