Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video

İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən müvafiq tədbirlər davam etdirilir.Bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilir.