Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvanda topdansatış mağazasında yoxlama keçiriblər.Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı iaşə obyektində 168 ədəd bir litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik "Belaruska" əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.