• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Binəqədidə obyektdə baş verən yanğın söndürülüb - Video - Yenilənib

Binəqədidə obyektdə baş verən yanğın söndürülüb - Video - Yenilənib
20.04.2025 17:00

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

 

15:50

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb. Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

***

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.

***

Binəqədidə yanğın hadisəsi baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir. 

Əlavə məlumat veriləcək.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 21:49
Sabah Bakının iki rayonunda qaz olmayacaq
İyunun 1-də keçirilən qəbul imtahanının nəticələri elan olunub
Cəmiyyət 21:45
İyunun 1-də keçirilən qəbul imtahanının nəticələri elan olunub
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 20:55
Bu ərazidə işıq olmayacaq
Orxan Sultanov Yaşar Gülərlə görüşüb
Cəmiyyət 20:19
Orxan Sultanov Yaşar Gülərlə görüşüb
Prokurorluq orqanlarında çalışanların pensiyaya çıxma yaşı artırılır
Cəmiyyət 19:37
Prokurorluq orqanlarında çalışanların pensiyaya çıxma yaşı artırılır
Cəlilabadda 21 yaşlı oğlan itkin düşüb
Cəmiyyət 18:50
Cəlilabadda 21 yaşlı oğlan itkin düşüb
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edilir
Cəmiyyət 18:30
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikində dəyişiklik edilir
DİN-dən küçə ticarəti ilə məşğul olanlara ÇAĞIRIŞ
Cəmiyyət 18:18
DİN-dən küçə ticarəti ilə məşğul olanlara ÇAĞIRIŞ
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb
Cəmiyyət 18:12
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol