• $
  • £

Jurnalist Qənirə Ataşova nüfuzlu hüquq müdafiəcilərinə müraciət edib

Jurnalist Qənirə Ataşova nüfuzlu hüquq müdafiəcilərinə müraciət edib
21.04.2025 09:39

ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə ünvanladığı açıq məktubda həyatına və ailəsinin təhlükəsizliyinə real təhdidlər olduğunu bildirib və dəstək istəyib.O, bu barədə Facebook hesabında yazıb. 

Jurnalistin sözlərinə görə, o, Azərbaycanda tibbi təhsili olmayan şəxslərin vətəndaşlara qanunsuz tibbi müdaxiləsi ilə bağlı araşdırma apararkən, Gəncə şəhərində liposaksiya əməliyyatı zamanı dünyasını dəyişən Gülbəniz Bayramovanın ölüm işi ilə üzləşib. 

Onun sözlərinə görə, həmin əməliyyatı “VMR estetik klinikası”nda heç bir tibbi ixtisası olmayan Gülsüm Əliyeva həyata keçirib.

"Araşdırmalarımı Azərbaycan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra, Gülsüm Əliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu Vüsal Həsənov tərəfindən davamlı təhdid və təhqirlərə məruz qaldım. Sosial mediada mərhum valideynlərimi təhqir edən, övladlarımın şəkillərini montajlayaraq böhtan xarakterli videolar hazırlayan, barəmdə yalan və iftira dolu materiallar yayan Həsənov paylaşımlar edib. Bu hallar barədə Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm.Lakin təhdidlər davam edir", - jurnalist bildirib.

O, eyni şəxsin Azərbaycanda bir çox qadınları, o cümlədən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı və rus icmasının üzvü Zarina Minakovskayanı da təhdid etdiyini vurğulayıb.

“Bu şəxsin çıxışlarında özünü ‘dövlətin adamı’ kimi təqdim etməsi, qadınları və jurnalistləri şantaj etməsi cəmiyyətdə ciddi narahatlıq doğurmalıdır. Mən beynəlxalq insan haqları institutlarından hüquqi və ictimai dəstək gözləyirəm,” — müraciətdə qeyd olunub.

Ganira Atash, jurnalist və qadın hüquqları müdafiəçisi olaraq, təhdid və təhqirə məruz qalan bütün qadınların müdafiəsi üçün hüquq müdafiəşilərini hərəkətə keçməyə çağırıb.

Vüsal Həsənov da öz sosial hesabında hazırda Azərbaycanda olmadığını və gəldikdən sonra ona qarşı ittihamlara cavab verəcəyini bildirdiyi video ilə paylaşıb. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Siyasət 23:19
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı olub
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol