Deputat Qarabağ Universiteti ilə bağlı yeni təklif verib

Deputat Zahid Oruc təklif edir ki, Qarabağ Universitetində Heydər Əliyev adına təqaüd proqramı ilə Türk Dünyası Elm Mərkəzi yaradılsın. Bu barədə deputat aprelin 21-də Sosial Tədqiatlar Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Bundan əlavə deputat hesab edir ki, Qarabağda Türk Dünyası Ali Musiqi Məktəbi, kitabxana inşa edilə bilər.
Zahid Oruc Xankəndində türk dövlətlərinin bayraqlarının asılmasını da təklif edib.
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
33 ildən sonra bu il ilk dəfə Qarabağ Universitetində yenidən tələbələr təhsil almaq imkanı qazanıb.
Universitetdə təhsil alan tələbələr üçün müəyyən güzəştlər tətbiq edilib.
Qarabağ Univrsitetində tədris iki dildə -Azərbaycan və İngilis dilində aparılacaq.
Hazırda universitetin 1120 tələbəsi var.
Gülnar Nazimqızı