• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Qonşuları narahat edən tövlə qoxusu: Qanun nə deyir?

Qonşuları narahat edən tövlə qoxusu: Qanun nə deyir?
22.04.2025 16:50

Goranboy sakini Murad İsmayılov qonşusundan narazıdır. Onun sözlərinə görə, qonşusunun həyətində saxladığı 200-300 baş iribuynuzlu heyvandan yayılan üfunət ətraf mühitə ciddi narahatlıq yaradır.  Bu barədə Murad İsmayılov anews.az-a müraciətində bildirib.

“Artıq apreldən qoxunu hiss etməyə başlamışıq. Biz bu şəraitdə yaşamağa məcburuq? Neçə dəfə demişik ki, bu hal bizi narahat edir. Ya heyvanlarının sayını azaltsın, ya da başqa yerdə saxlasın. Yayda ümumiyyətlə həyətdə oturmaq olmur. Şəhərdən gələn qonaqlar peyn qoxusundan qapıda otura bilmirlər", - Murad Ismayılov vurğulayıb.

Deputat: Qanunla tənzimlənmir, amma insanlara hörmətlə yanaşmaq lazımdır

Milli Məclisin deputatı Cavanşir Paşazadə məsələ ilə bağlı bildirib ki, kənd yerlərində heyvan saxlamaqla bağlı qanunda konkret qadağa yoxdur:

“Bu məsələ tək kəndlərdə deyil, qəsəbələrdə də narazılıq doğurur. Qanunla tənzimlənmir, amma belə hallarda insanlar bir-birinə hörmətlə yanaşmalıdır. Əgər 200-300 inək saxlanılırsa, bu artıq fermer təsərrüfatıdır və xüsusi yeri olmalıdır”,  - deputat vurğulayıb.

Ekspertlər nə deyir?

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, bir şəxsin neçə heyvan saxlamasına dair məhdudiyyət yoxdur. Onun sözlərinə görə, əgər heyvanlar qapalı və təmiz şəraitdə saxlanılırsa, qonşulara zərər vermirsə, bu fəaliyyətə müdaxilə edilə bilməz.

"Bunun üçün bir qanun, qadağa, məhdudiyyət yoxdur. Kənddə ətrafa heç bir mənfi təsiri ola bilməz. Adam onu əgər qapalı şəraitdə saxlayırsa, qonşunun təsərrüfatına ziyan vurmursa, ona heç kim müdaxilə edə bilməz. Xəstəliklər istənilən yerdə yarana bilər. Məsələn COVID-19 virusu harda yarandı? Laborotoriyada. Bu da onun kimi...İnsanlar uzun illər maldarlıqla məşğul olublar. Fermalarda çox saylı heyvanlar saxlayıblar. Ətrafda yaşayanlar da olub. Heç  bir  ziyanını da görməmişik. Əgər qoxusu kimisə narahat edirsə, bu zaman tövlələrə xüsusi avadanlıqlar quraşdırıla bilər. Pis qoxuları aradan qaldırmaq üçün müəyyən tədbirlər görmək olar. Ancaq heç bir halda kiməsə demək olmaz ki, heyvan saxlama",- ekspert bildirib.

Baytar Vüqar Həsənli isə hesab edir ki, heyvanların çoxluğu birbaşa xəstəlik yaratmır, amma natəmizlikdən yaranan həşəratlar dolayısı yolla risk yarada bilər.

Ekoloq Rövşən Abbasov bildirib ki, bu sayda heyvan yaşayış evlərinin yaxınlığında deyil, ferma şəraitində saxlanmalıdır:

“Bu qədər insanı narahat etmək olmaz. Ekoloji pozuntu varsa, sakinlər yerli departamentə şikayət edə bilər”,    o bildirib.

Hüquqşünas Xəyal Bəşirov da məsələni şərh edərək bildirib ki, qonşunun normal həyat şəraitinə maneə varsa, məhkəməyə müraciət oluna bilər.

Beynəlxalq təcrübədə necədir?

Almaniyada yaşayış yerlərində bu sayda heyvan saxlamaq qəti qadağandır, yalnız aqrar zonalarda fermalar yerləşdirilir.

Fransada 200-dən çox heyvan üçün xüsusi icazə və çirkab su sisteminin olması tələb olunur.

ABŞ-da isə yaşayış sahəsində iri heyvan təsərrüfatları ciddi şəkildə qadağandır – səbəb qoxu, səs-küy və sanitariya riskləridir.

Rəsmi məlumata görə, hazırda Azərbaycanda iribuynuzlu heyvanların ümumi sayı 2 milyon 533 min başdır.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol