• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Birinci rübdə 20 milyondan çox tibbi xidmət göstərilib

Birinci rübdə 20 milyondan çox tibbi xidmət göstərilib
23.04.2025 10:32

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübündə  ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb.

TƏBİB-dən  verilən məlumata görə, müraciətlərdən 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı isə ambulator olub.

Məlumata əsasən, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.

Belə ki, sözügedən müddət ərzində 20 milyon 119 min 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 faiz artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 milyon 347 min 413-u stasionar, 7 milyon 115 min 820-si ambulator olub.

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 faiz artım qeydə alınıb.

Yanvar-martda 83 min 90 cərrahi əməliyyat və prosedur (78 min 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:19
Sabahın hava proqnozu açıqlanıb
Vaxtı keçən kreditlərin həcmi 9%-ə yaxın artıb
Cəmiyyət 12:13
Vaxtı keçən kreditlərin həcmi 9%-ə yaxın artıb
MEDİA jurnalistlər üçün müsabiqə elan edir
Cəmiyyət 11:47
MEDİA jurnalistlər üçün müsabiqə elan edir
Azərbaycanda yumurta istehsalı artıb
Cəmiyyət 11:38
Azərbaycanda yumurta istehsalı artıb
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 11:10
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Dövlət universiteti "məzun günü" üçün 41 min manatdan çox xərcləyəcək
Cəmiyyət 11:05
Dövlət universiteti "məzun günü" üçün 41 min manatdan çox xərcləyəcək
Kəngərliyə növbəti 40 ailə yola salınıb
Cəmiyyət 10:34
Kəngərliyə növbəti 40 ailə yola salınıb
Yalnız süni torpaq sahələrində kazino keçirilməsinə icazə veriləcək
Cəmiyyət 10:31
Yalnız süni torpaq sahələrində kazino keçirilməsinə icazə veriləcək
Rəssam emalatxanasında ölü tapılıb
Cəmiyyət 09:50
Rəssam emalatxanasında ölü tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol