• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Fərdi evlərin sonradan tikilməsi qazanxanaların bərpasına maneə yaradır - İlham Mirzəyev

Fərdi evlərin sonradan tikilməsi qazanxanaların bərpasına maneə yaradır - İlham Mirzəyev
23.04.2025 14:38

Bir çox qazanxanalar fərdi evlərin  sonradan tikilməsi səbəbindən bərpa oluna bilmir. Bunu "Azəristiliktəchizat" ASC sədr əvəzi İlham Mirzəyev deyib. 

"Ötən ildən istismar müddəti başa çatan qazanxanaların bərpasına başlamışıq. 10-a yaxın obyekti tikmək niyyətindəyik. Bir çox çətinliklərlə qarşılaşırıq. Fərdi evlərin tikilməsi layihənin ekspertiziyadan keçməsinə mane olur. Bu cür olan halda istismar müddəti başa çatan qazanxanaların bərpası risk altında olur", - Mirzəyev bildirib. 

Sədr əvəzi təklif edir ki, özəl sektorun bu prosesə cəlb olunması yaxşı nəticələr verə bilər. 

Milli Məclisin Təbii Ehtiyatlar,energetika və ekologiya komitəsi ilk dəfə "İstilik təchizatı haqqında" qanunu müzakirə edir. Qanun qəbul olunacağı təqdirdə tətbiqinə 2028-ci ildə başlanılacaq. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:19
Sabahın hava proqnozu açıqlanıb
Vaxtı keçən kreditlərin həcmi 9%-ə yaxın artıb
Cəmiyyət 12:13
Vaxtı keçən kreditlərin həcmi 9%-ə yaxın artıb
MEDİA jurnalistlər üçün müsabiqə elan edir
Cəmiyyət 11:47
MEDİA jurnalistlər üçün müsabiqə elan edir
Azərbaycanda yumurta istehsalı artıb
Cəmiyyət 11:38
Azərbaycanda yumurta istehsalı artıb
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 11:10
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Dövlət universiteti "məzun günü" üçün 41 min manatdan çox xərcləyəcək
Cəmiyyət 11:05
Dövlət universiteti "məzun günü" üçün 41 min manatdan çox xərcləyəcək
Kəngərliyə növbəti 40 ailə yola salınıb
Cəmiyyət 10:34
Kəngərliyə növbəti 40 ailə yola salınıb
Yalnız süni torpaq sahələrində kazino keçirilməsinə icazə veriləcək
Cəmiyyət 10:31
Yalnız süni torpaq sahələrində kazino keçirilməsinə icazə veriləcək
Rəssam emalatxanasında ölü tapılıb
Cəmiyyət 09:50
Rəssam emalatxanasında ölü tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol