• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

İrandan Azərbaycana narkotik keçirmək istəyən 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb

İrandan Azərbaycana narkotik keçirmək istəyən 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb
27.04.2025 14:17

Aprelin 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb.

Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilib.

Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Cəmiyyət 17:19
Metrodan istifadə edən sərnişinlərin sayı azalıb
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Cəmiyyət 16:42
Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Lerikə yeni prokuror təyin edilib
Cəmiyyət 16:02
Lerikə yeni prokuror təyin edilib
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Cəmiyyət 15:02
Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olunub
Ölkədə boşananların sayı azalıb
Cəmiyyət 14:41
Ölkədə boşananların sayı azalıb
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 14:39
Əhalinin sayı açıqlanıb
Bu il ilk dəfə Astarada müəllimlər sertifikasiya prosesinə cəlb olunacaq
Cəmiyyət 14:22
Bu il ilk dəfə Astarada müəllimlər sertifikasiya prosesinə cəlb olunacaq
Çin 26 vətəndaşını Azərbaycan üzərindən İrandan təxliyə edib
Cəmiyyət 13:38
Çin 26 vətəndaşını Azərbaycan üzərindən İrandan təxliyə edib
Bakıda 33,5 mindən çox şagirdə attestatlar verilir
Cəmiyyət 13:35
Bakıda 33,5 mindən çox şagirdə attestatlar verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol