• $
  • £

Azərsun Holdinq” mükafata layiq görülüb

Azərsun Holdinq” mükafata layiq görülüb
29.04.2025 15:33

 

“Azərsun Holdinq” 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş konfransda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə təltif olunub.

Bu mükafat şirkətin əməyin mühafizəsi istiqamətində uzunmüddətli və sistemli fəaliyyətinin, təhlükəsiz iş şəraitinin təmin olunması və əməkdaşların rifahına verilən önəmin bariz nümunəsidir. 

Mükafat “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bəyə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərsun Holdinq”in əməyin mühafizəsi üzrə qabaqcıl təcrübəsi, həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlığı və müasir texnologiyaların tətbiqi sahəsində atdığı addımlar yüksək qiymətləndirilib.

Konfrans çərçivəsində “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən müzakirələrdə ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası”nın inklüziv məşğulluğa və yeni əmək vərdişlərinin formalaşmasına verəcəyi töhfələr vurğulanıb. 

Tədbirdə həmçinin, “Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrini əhatə edən videoçarxlar təqdim olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Cəmiyyət 15:48
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol