• $
  • £

Sosial yardım adı altında dələduzluq -DSMF-dən vətəndaşlara XƏBƏRDARLIQ

Sosial yardım adı altında dələduzluq -DSMF-dən vətəndaşlara XƏBƏRDARLIQ
01.05.2025 21:20

“Feysbuk sosial şəbəkəsində “Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir”.Bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:

“Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə də təyinat aparılmır”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Cəmiyyət 23:30
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Cəmiyyət 23:14
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Cəmiyyət 21:58
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - Yenilənib
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:32
Ramazanın on beşinci gününün duası - İmsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:18
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Liftdə qalan yeniyetmə xilas edildi - Video
Cəmiyyət 18:12
Liftdə qalan yeniyetmə xilas edildi - Video


Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 16:30
Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol