• $
  • £

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
02.05.2025 16:17

 

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır:

"Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Cəmiyyət 13:46
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Cəmiyyət 13:32
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Cəmiyyət 13:22
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Cəmiyyət 13:19
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Cəmiyyət 13:17
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Cəmiyyət 13:12
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Cəmiyyət 13:02
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Mayda 5 gün ardıcıl iş olmayacaq
Cəmiyyət 12:56
Mayda 5 gün ardıcıl iş olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol