• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub

Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
02.05.2025 18:30

Bakıda keçirilən Avropa kubokunda Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası möhtəşəm çıxışı ilə birinci yeri qazanıb.

Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət kollektiv üç top və iki halqa ilə nümayiş etdirdiyi kompozisiyaya görə 24 700 xal toplayaraq turnirin qalibi olub. Bu nəticə ilə Azərbaycan komandası Ukraynanı (24 350 xal) və İtaliyanı (24 000 xal) geridə qoyaraq qızıl medala sahib çıxıb.

Digər növdə - beş lentlə çıxışda isə komandamız 19 750 xalla beşinci yerdə qərarlaşıb. Bu proqramda İtaliya (24 900 xal) birinci, Estoniya (22 000 xal) ikinci, Bolqarıstan (21 950 xal) isə üçüncü olub.

Bundan əlavə, Azərbaycan təmsilçiləri "Cross Battle" formatında keçiriləcək çoxnövçülük finalına da vəsiqə qazanıblar.

Avropa kuboku yarışları mayın 4-də başa çatacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
İdman 14:55
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
İdman 10:36
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
İdman 23:42
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
İdman 13:41
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
Samsung neytral statusda çıxış edən rusiyalı idmançılara telefon verməyib
İdman 09:31
Samsung neytral statusda çıxış edən rusiyalı idmançılara telefon verməyib
“Nyukasl” azarkeşləri Bakıda bardakı “Çelsi” bayrağını klub rəngləri ilə əvəz etdi
İdman 09:24
“Nyukasl” azarkeşləri Bakıda bardakı “Çelsi” bayrağını klub rəngləri ilə əvəz etdi
"Qarabağ" - "Nyukasl" matçına 27 500 bilet satılıb
İdman 13:06
"Qarabağ" - "Nyukasl" matçına 27 500 bilet satılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol