• $ 1.7
  • € 2.0008
  • ₽ 0.022051
  • ₺ 0.0388
  • £ 2.292

Davit İşxanyan və qardaşının azərbaycanlıların qətlində iştirakını sübut edən sənəd araşdırılıb

Davit İşxanyan və qardaşının azərbaycanlıların qətlində iştirakını sübut edən sənəd araşdırılıb
02.05.2025 20:30

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın və qardaşı Qriqori İşxanyanın 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlı kəndində fermanın atəşə tutulmasında, mülki azərbaycanlı əhalinin qətlə yetirilməsinə iştirakını sübuta yetirən sənəd tədqiq olunub.

AZƏRTAC xəbər verir ki, prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib.

Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic,İşxaniyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduğunu bildirib və əlavə edib: “Bütün bunlara başçılıq eləyən Valodiya Xaçaturyan idi”.

İşxanyan isə dövlət ittihamçılarının suallarına cavab verərkən özünün və qardaşı Qriqori İşxanyanın Qaradağlı hadisələrində iştirak etmədiyini iddia edib.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 5-də davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava çiskinli olacaq - Proqnoz
Cəmiyyət 13:03
Sabah hava çiskinli olacaq - Proqnoz
DİN əməliyyat keçirib, 51 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 12:08
DİN əməliyyat keçirib, 51 kiloqram narkotik aşkarlanıb
Nazir: Plastik cərrahların sayı ilbəil arta bilər
Cəmiyyət 10:56
Nazir: Plastik cərrahların sayı ilbəil arta bilər
Son bir gündə 59 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:19
Son bir gündə 59 cinayətin üstü açılıb - DİN
Bayramov: Azərbaycan sülh istiqamətində ciddi addımlar atır
Cəmiyyət 10:11
Bayramov: Azərbaycan sülh istiqamətində ciddi addımlar atır
Nazir qəzaya uğrayan AZAL təyyarəsindən danışıb
Cəmiyyət 09:56
Nazir qəzaya uğrayan AZAL təyyarəsindən danışıb
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 09:52
Azərbaycan nefti ucuzlaşıb
Xocalı soyqırımından 34 il ötür
Cəmiyyət 09:05
Xocalı soyqırımından 34 il ötür
Yaponiyada uçan taksilərin sınağına başlanılıb
Cəmiyyət 21:23
Yaponiyada uçan taksilərin sınağına başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol