• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır

“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
05.05.2025 19:13

2025-ci il 5 may tarixindən etibarən Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı–Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Uçuşlar hər həftənin bazar ertəsi günü müasir və komfortlu Airbus A320 təyyarələri ilə yerinə yetirilir.

“Centrum Air”-in uçuş cədvəli:

Bakı → Daşkənd: uçuş saat 19:20, eniş saat 22:50

Daşkənd → Bakı: uçuş saat 16:15, eniş saat 18:20

Daşkənd — Özbəkistanın ən iri şəhəri və Mərkəzi Asiyanın əsas iqtisadi, mədəni və nəqliyyat mərkəzlərindən biridir. Şəhər zəngin tarixi irsi və müasir infrastruktur imkanlarını özündə birləşdirir. Bakı isə Avropa ilə Asiya arasında yerləşən aparıcı hava nəqliyyatı qovşağı kimi mövqeyini gücləndirməyə davam edir və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verir. Paytaxtlar arasında birbaşa hava əlaqəsi sərnişinlər üçün turizm, biznes və humanitar əməkdaşlıq sahələrində əlavə imkanlar yaradır.

“Biz Heydər Əliyev Beynəlxalq Aeroportuna “Centrum Air” reyslərinin açılmasını alqışlayırıq. Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan və Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir. Marşrut şəbəkəsinin genişləndirilməsi bizim üçün strateji prioritet olaraq qalır və biz beynəlxalq aviaşirkətlərlə əməkdaşlığın dərinləşdirilməsinə hazırıq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

“Centrum Air” üçün yaxın tərəfdaşlarla hava əlaqələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Özbəkistan və Azərbaycan arasında təkcə iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı–Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq”, – deyə “Centrum Air”in təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov qeyd edib.

Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsində mövcuddur. “Centrum Air”in də bu xəttə daxil olması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Cəmiyyət 23:54
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək
Gəncədə evdən qadın meyiti tapılıb
Cəmiyyət 23:33
Gəncədə evdən qadın meyiti tapılıb
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Cəmiyyət 22:35
AZAL ilk dəfə Qahirədən Bakıya birbaşa uçuş həyata keçirib
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Cəmiyyət 21:00
Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:53
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Cəmiyyət 18:43
DTX-də MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 18:07
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Cəmiyyət 17:40
Azərbaycan XİN rəhbəri hansı şərtlər fonunda Ermənistana səfər edə bilər? - Nazirdən açıqlama
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Cəmiyyət 17:11
Pirotexniki vasitələr satan 11 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol