• $ 1.7
  • € 1.9648
  • ₽ 0.021314
  • ₺ 0.0418
  • £ 2.2585

Ombudsman Tofiq Yaqublu ilə görüşübmü?- AÇIQLAMA

Ombudsman Tofiq Yaqublu ilə görüşübmü?- AÇIQLAMA
06.05.2025 09:55

Ötən həftənin 5-ci günü Ombudsmanın Milli Prevetiv qrupun üzvləri, Müsavat Partiyasının üzvü  Tofiq Yaqublu ilə görüş keçiriblər. Bu barədə  Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli anews.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə,  görüş zamanı Tofiq Yaqublunun bütün müraciəti və fikirləri dinlənilib.

"Ötən həftənin  beşinci gün Tofiq bəylə Ombudsmanın  göstərişi ilə görüş keçirilib. Onun ailəsinə də bu barədə məlumat verilib. Görüş zamanı həkim, psixoloq da iştirak edib. Ətraflı söhbət aparılıb.",- mətbuat katibi vurğulayıb.

Mayın 5-də Tofiq Yaqublunun vəkili Nemət Kərimli onunla görüş keçirib. 

Vəkil bildirib ki, onu vəziyyəti pisə doğru gedir.

"Artıq aclığının 36-cı günüdür. Onun vəziyyəti əvvəlki günlərə baxanda  daha da pisə doğru gedir. Çox çətin hərəkət edir. Oturub durmaqda əziyyət çəkir. Mənə dedi ki, gecələri rahat yata bilmir.  Ağrılarda görə ağrıkəsici qəbul edir. Yaddaşında zəiflələmələr var. Görüş cəmi 15 dəqiqə keçdi. Çox otura bilmir. Uzanmaq istəyir. Məhkəmədən onun ev dustaqlığına buraxılması üçün vəsatat istəmişik. Ədalətli cavab gözləyirik",- vəkil vurğulayıb.

Tofiq Yaqublu dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittihamın irəli sürülüb.

 Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda ikimərtəbəli ev yanıb
Cəmiyyət 00:13
Lənkəranda ikimərtəbəli ev yanıb
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Cəmiyyət 22:30
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Cəmiyyət 17:41
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 16:17
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Xaçmazda şaftalı festivalı keçiriləcək
Cəmiyyət 15:56
Xaçmazda şaftalı festivalı keçiriləcək
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Cəmiyyət 15:31
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Cəmiyyət 15:10
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Cəmiyyət 14:43
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 13:40
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol