• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Tofiq Yaqublunun vəsatəti təmin edilməyib - Növbəti məhkəmə mayın 20-də keçiriləcək

Tofiq Yaqublunun vəsatəti təmin edilməyib - Növbəti məhkəmə mayın 20-də keçiriləcək
06.05.2025 14:22

Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs qərarından apellyasiya şikayəti üzrə hazırlıq prosesi keçirilib.

Məhkəmə prosesində müdafiə tərəfi Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət veriblər.

Vəkil Aqil Layıc bildirib ki, Tofiq Yaqublunun ev dustaqlığına həyat məsələsidir.

 “Tofiq bəy artıq 36 gündür aclıq aksiyasını keçirir və təəssüf ki, ölkədə olan hüquq sistemi adamı öz həyatı bahasına hüquqlarını tələb etməyə vadar edir”, - məlumatda deyilir. 

Dövlət ittihamçısı məhkəmədən vəsatətin təmin edilməməsini xahiş edib. 

Tofiq Yaqublu vəkillərin vəsatətini müdafiə edib. Proses zamanı onun vəziyyəti pisləşib. 

Məhkəmə müşavirədən sonra müdafiə tərəfinin vəsatətini təmin etməyib və məhkəmə baxışını 20 may tarixinə təyin edib.   

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

Tofiq Yaqublu özünü təqsirli bilmədiyini bildirir.

Tatyana Kryuçkina

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol