• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Ceyhun Bayramov İraqın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov İraqın Baş naziri ilə görüşüb
07.05.2025 19:50

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində ölkənin baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb.Bu barədə XİN-dən bildirilib.

Görüş zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif aspektləri, Yaxın Şərqdə cari vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu və hər iki tərəfin bu istiqamətdə maraqlı olduğu diqqətə çatdırılıb.

Tərəflər, həmçinin Yaxın Şərq, xüsusilə Qəzza bölgəsi ətrafında mövcud vəziyyətdən bəhs edərək, münaqişənin sülh yolu ilə həllinə dair ümidvarlıq ifadə ediblər. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə “iki dövlət” prinsipi əsasında həllinə göstərdiyi dəstək bir daha qeyd edilib.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, ölkədə keçirilən sessiya çərçivəsində əldə olunmuş nailiyyətlərin əhəmiyyəti qeyd olunub.

Nazir Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minalardan təmizləmə fəaliyyəti, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Azərbaycanın təşəbbüsü ilə başladılan sülh müqaviləsinin mətni üzrə ikitərəfli danışıqların yekunlaşdırıldığı, lakin bölgədə dayanıqlı sülhün təminatı olacaq bu müqavilənin imzalanması üçün Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında Azərbaycana qarşı davam etdirilən ərazi iddialarına son qoyulmasının əhəmiyyəti qeyd olunub.
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Siyasət 23:46
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Siyasət 20:59
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Siyasət 20:07
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Siyasət 18:05
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Siyasət 16:40
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
Siyasət 15:51
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
Prezident sərəncam imzalayıb
Siyasət 15:45
Prezident sərəncam imzalayıb
Pəncəli Teymurovun anası Prezidentə məktub ünvanlayıb
Siyasət 15:30
Pəncəli Teymurovun anası Prezidentə məktub ünvanlayıb
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol