• $
  • £

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
10.05.2025 18:15

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.Bu barədə nazirlikdən bildirilib.

Mərasimlərdə hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirilib.Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək andiçmə mərasiminin 10 May tarixinə - Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, onun ömür yolu və çoxşaxəli fəaliyyətindən, xalq və dövlətçilik üçün gördüyü əvəzsiz xidmətlərdən danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik ediblər.

Onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 19:00
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 16:28
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Cəmiyyət 15:45
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 13:55
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Cəmiyyət 12:19
Ölkə ərazisində intensiv yağışlar davam edib - FAKTİKİ HAVA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Cəmiyyət 11:57
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol