• $
  • £

Zelenski Putinlə üz-üzə gəlmək üçün İstanbula gedir

Zelenski Putinlə üz-üzə gəlmək üçün İstanbula gedir
12.05.2025 08:56

Rusiya 30 günlük atəşkəs təklifini rədd etsə də Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də, məsinə sülh danışıqlarında iştirak etmək  üçün  İstanbula yolanacaq.  Bu barədə Axios nəşri mənbəyə istinadla xəbər verir.

Zelenski əvvəlcə bildirmişdi ki, cümə axşamı Türkiyədə şəxsən prezident Vladimir Putini gözləyəcək.

“Sabahdan etibarən tam və davamlı atəşkəsə ehtiyac var. Qətlləri uzatmağın mənası yoxdur. Ümid edirəm ki, ruslar bu dəfə bəhanə axtarmayacaq”, – o sosial şəbəkədə yazıb.

Kreml danışıqlar baş tutacağı halda Rusiya nümayəndə heyətinin rəhbərinin adını açıqlayacağını bildirib. Prezident Vladimir Putin isə Moskvada əvvəlki atəşkəslərin Ukrayna tərəfindən pozulduğunu deyərək, şərtsiz danışıqlara hazır olduqlarını bəyan edib.

Dünya liderləri, o cümlədən Donald Tramp görüş təşəbbüsünü dəstəkləyib, lakin Avropa və ABŞ rəsmiləri atəşkəsin dərhal qüvvəyə minməli olduğunu vurğulayıblar. Onlar Rusiya razılıq vermədiyi təqdirdə yeni sanksiyaların tətbiq ediləcəyini bildiriblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İstanbulun neytral diplomatik mərkəz kimi rolunu bir daha təsdiqləyib.

Partiya sözçüsü Ömər Çəlik bildirib ki, Türkiyə etibarlı vasitəçi olaraq qalır, prezident Rəcəb Tayyib Ərdoğan isə sülh təşəbbüslərində əsas fiqurdur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol