• $
  • £

Nüvə zənginləşdirməsindən imtina olmayacaq -İran Trampa qapını göstərdi

Nüvə zənginləşdirməsindən imtina olmayacaq -İran Trampa qapını göstərdi
12.05.2025 09:19

Tehran ABŞ-ın təzyiqlərinə baxmayaraq, dinc nüvə proqramından imtina etməyəcək və bunu danışıqların şərti kimi qəbul etmir. Bunu İran prezidenti Məsud Pezəşkian şənbə günü bəyan edib.

“Biz uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyəcəyik,” –  İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O əlavə edib ki, etimad yaratmaq məqsədilə zənginləşdirmə səviyyəsini tənzimləməyə hazırdırlar.

İranla ABŞ arasında dördüncü qeyri-birbaşa danışıqlar raundu Maskatda keçirilib. Danışıqlar Vaşinqtonun xəbərdarlıqları fonunda baş tutub. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib ki, “bazar günü nəticə əldə olunmasa, danışıqlar dayandırılacaq və başqa yol seçiləcək”.

CNN-ə danışan adını açıqlamayan İran rəsmisi bildirib ki, Tehran danışıqları “tələ” və “siyasi oyun” kimi görür və uğursuzluq ehtimalına hazırlaşır.

ABŞ prezidenti Donald Tramp ikinci müddətə seçildikdən sonra İranla yeni nüvə razılaşması bağlamağa çalışsa da, mart ayında Tehrana qarşı hərbi zərbələr və tariflərlə hədələyib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol