• $
  • £

Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib

Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
12.05.2025 20:56

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə nadir torpaq metalları haqqında sazişi ratifikasiya edən qanunu imzalayıb.Bu barədə Ali Radanın saytında məlumat verilib.

Sənəd Ali Radanın mayın 8-də keçirilən iclasında təsdiqlənib. 338 deputat sənədin lehinə səs verib.

Aprelin 30-dan mayın 1-nə keçən gecə Ukrayna və ABŞ bərabər iştirakla birgə Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalayıblar. Sənədi Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-nin maliyyə naziri Skot Bessent imzalayıblar. Razılaşma uzun sürən danışıqların nəticəsi idi və hətta mübahisələrə səbəb oldu, lakin Ukrayna hökuməti qeyd edib ki, Kiyev özü üçün əlverişli şərtləri qoruya bilib.

Daha əvvəl Baş nazir Denis Şmıqal sənədin əsas prinsiplərini açıqlayıb:

- Fond paritet şərtlərlə - hər iki tərəfin 50% iştirakı və bərabər səsvermə hüququ ilə yaradılacaq.

- Ukrayna yerin təki, infrastruktur və təbii sərvətlər üzərində tam nəzarəti özündə saxlayır.

- Saziş heç bir borc öhdəliyini nəzərdə tutmur – söhbət yalnız investisiyalardan gedir, kreditlərdən yox.

- Fond layihələrə sərmayə qoyacaq və “al və ya ödə” prinsipi üzrə kommersiya alışlarına zəmanət verəcək.

- Sənəd, həmçinin Ukraynanın gələcəkdə Avropa İttifaqına üzvlüyünə maneə yaratmır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol