• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib

Ölkə başçısı “Azərsun Holdinq” stendini ziyarət edib
13.05.2025 21:17

 

Bakı Ekspo Mərkəzində 18-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro” və 30-cu Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” keçirilir.

Dörd gün davam edəcək tədbirdə kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur.

Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb.

Dövlət başçısı pavilyonları ziyarət edib, iştirakçı şirkətlərin təqdim etdiyi məhsul və texnologiyalarla tanış olub. 

Prezident İlham Əliyev “Azərsun Holdinq”in stendinə də yaxınlaşaraq , şirkətin təqdimatını izləyib.

Burada onu  “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal qarşılayıb və istehsal olunan məhsullar, tətbiq edilən innovativ yanaşmalar və ixrac imkanları barədə ətraflı məlumat verib.

Tədbirin əsas iştirakçılarından olan “Azərsun Holdinq” sərgidə qida, qeyri-qida və kənd təsərrüfatı stendləri ilə geniş şəkildə təmsil olunur. 

Burada 20-yə yaxın istehsal müəssisəsinin 50-dən çox məhsulu sərgilənir.

Bu məhsullar “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur.

Qeyri-qida stendində isə Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının ekoloji standartlara uyğun şəkildə istehsal etdiyi məhsullar barədə məlumat verilir.

Qeyd edək ki, sərgidə yerli şirkətlərlə yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya, Serbiya və Türkiyə kimi ölkələri təmsil edən şirkətlər də iştirak edir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Cəmiyyət 20:30
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Şəmkirdə çay evi yanıb
Cəmiyyət 20:00
Şəmkirdə çay evi yanıb
Naxçıvanda Günnüt kəndində dağlıq ərazidə otluq sahədə yanğın olub
Cəmiyyət 19:00
Naxçıvanda Günnüt kəndində dağlıq ərazidə otluq sahədə yanğın olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Cəmiyyət 18:30
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
İstirahət zonalarında oğurluq edən şəxslər saxlanılıblar
Cəmiyyət 17:09
İstirahət zonalarında oğurluq edən şəxslər saxlanılıblar
Abşeronda 48 yaşlı kişinin meyiti aşkarlanıb
Cəmiyyət 15:38
Abşeronda 48 yaşlı kişinin meyiti aşkarlanıb
İsti hava şəraiti avqustun 8-dək davam edəcək
Cəmiyyət 14:50
İsti hava şəraiti avqustun 8-dək davam edəcək
İmtahanda uğur qazananların sayı açıqlandı
Cəmiyyət 14:16
İmtahanda uğur qazananların sayı açıqlandı
Ağalarovun Bakıda kazino açmaq qərarı ilə bağlı açıqlaması – tənqidlərə cavab
Cəmiyyət 12:55
Ağalarovun Bakıda kazino açmaq qərarı ilə bağlı açıqlaması – tənqidlərə cavab
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol