• $
  • £

HƏMAS ABŞ-la birbaşa danışıqlar aparır

HƏMAS ABŞ-la birbaşa danışıqlar aparır
16.05.2025 09:17

HƏMAS hərəkatı ABŞ administrasiyası ilə birbaşa danışıqlar apardığını və təkliflərini təkcə vasitəçilər vasitəsilə deyil, Vaşinqtondakı rəsmilərə birbaşa təqdim etdiyini bəyan edib. Bu barədə təşkilatın siyasi bürosunun üzvü Basim Naim Sky News-a müsahibəsində deyib.

Naim bildirib ki, HƏMAS hərbi əməliyyatların dayandırılması və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması müqabilində “hakimiyyəti dərhal təhvil verməyə” hazırdır. Onun sözlərinə görə, təşkilat Misirin Qəzzada “müstəqil və siyasi neytral fələstin hökuməti”nin yaradılması ilə bağlı təklifini qəbul edib.

“Biz işğal altında yaşadığımız müddətcə xalqımızı qorumaq və işğala qarşı istənilən vasitə ilə müqavimət göstərmək hüququna malikik,” – o bildirib.

Naim ABŞ prezidenti Donald Trampın bölgədə sülhün təmin olunmasında rol oynaya biləcəyinə də ümid etdiyini bildirib. “Onun həm vasitələri, həm də siyasi iradəsi var. Sadəcə İsrailə təzyiq göstərməsi kifayətdir. Biz onunla əməkdaşlığa hazırıq,” –  o qeyd edib.

Cümə axşamı yayılan bəyanatda HƏMAS ABŞ vətəndaşlığı olan bir girovu azad etdiyini və bunun müqabilində ABŞ-dan müəyyən vədlər aldığını bildirib. Hərəkat bu öhdəliklərin yerinə yetirilməsini, yalnız bundan sonra yeni girov dəyişdirmə razılaşmalarına gedilməsini gözlədiyini açıqlayıb.

“Amerika tərəfi və vasitəçilərlə əldə olunan razılaşmalar əsasında biz Qəzzaya təcili humanitar yardımın daxil olmasını, daimi atəşkəsin elan edilməsini və regionda sabitlik və təhlükəsizlik naminə hərtərəfli danışıqların başlanmasını gözləyirik,” – bəyanatda bildirilib.

“Əgər bu baş verməzsə, xüsusilə humanitar yardımın çatdırılmasında ləngimə olarsa, bu, girov dəyişdirilməsi ilə bağlı danışıqların yekunlaşmasına mənfi təsir göstərəcək”, - o əlavə edib. 

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol