• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Moskvada həbs olunan keçmiş hərbçi kimdir? - Müdafiə Nazirliyi

Moskvada həbs olunan keçmiş hərbçi kimdir? - Müdafiə Nazirliyi
10.01.2014 11:09
Azərbaycan Müdafiə Nazirliyi Rusiyada həbs olunan keçmiş hərbi qulluqçu barədə açıqlama verib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Rusiyada tutulan keçmiş hərbi qulluqçu, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur. O, 1986-cı ildə Yaroslav Ali hərbi Maliyyə Məktəbini bitirib. 4 aprel 2011-ci ildə isə xidməti uyğunsuzluğuna görə Silahlı Qüvvələr sıralarından tərxis olunub. APA-nın əldə etdiyi məlumata görə, İ. Yadiqarov Müdafiə Nazirliyinin əməkdaşı olmayıb, Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində çalışıb. Qeyd edək ki, beynəlxalq axtarışda olan Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Rusiya paytaxtının “Domodedovo” hava limanında saxlanılıb. Onun saxlanılması barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. Adı açıqlanmayan şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışa verilib. O, 2010-cu ildə Müdafiə Nazirliyində çalışarkən xidməti vəzifəsindən istifadə edərək saxta mühasibatlıq sənədləri əsasında dövlətə təxminən 125 min dollar miqdarında ziyan vurmaqda ittiham olunur. 2011-ci ildə həmin şəxs saxta sənədlərlə Rusiya sərhədini keçib və İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelansk kəndində fəhlə kimi işə düzəlib. İrkutsk polisi onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra Azərbaycan vətəndaşı gizlənməyə çalışıb və Moskvaya uçaraq oradan Rusiyanı tərk etməyə cəhd göstərib. İrkutsk polisi bu barədə Rusiya DİN-in “Domodedovo” aeroportundakı idarəsinə məlumat verib və azərbaycanlı hava limanında saxlanılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Siyasət 15:40
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi təbrik edib
Siyasət 11:44
Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi təbrik edib
Rəsmi Bakıdan Mirzoyanın iddialarına cavab
Siyasət 09:24
Rəsmi Bakıdan Mirzoyanın iddialarına cavab
Prezident tapşırığı ilə Qırğızıstana yardım göndərilib
Siyasət 10:52
Prezident tapşırığı ilə Qırğızıstana yardım göndərilib
BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
Siyasət 09:57
BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
Çin prezidenti Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 22:30
Çin prezidenti Əliyevə təbrik məktubu ünvanlayıb
Qar uçqununa düşən 2 hərbçinin meyitləri tapılıb - Rəsmi
Siyasət 17:50
Qar uçqununa düşən 2 hərbçinin meyitləri tapılıb - Rəsmi
Ərdoğan İlham Əliyevi təbrik edib
Siyasət 15:34
Ərdoğan İlham Əliyevi təbrik edib
Putin İlham Əliyevi təbrik edib
Siyasət 12:52
Putin İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol