• $
  • £

Çində oğurlanan iPhone-ların qlobal anbarı aşkar edilib

Çində oğurlanan iPhone-ların qlobal anbarı aşkar edilib
22.05.2025 07:13

Financial Times (FT) qəzetinin apardığı araşdırma göstərib ki, dünyada oğurlanan bir çox iPhone sonda Çinin Şençjen şəhərinin Huaçyanbey rayonundakı Feiyang Times qülləsinə gətirilir. Nəşr bu məkanı “oğurlanmış iPhone-ların qlobal evi” adlandırıb.

Rəsmi olaraq Apple cihazlarının təmiri mərkəzi kimi tanınan binanın dördüncü mərtəbəsində Avropa və ABŞ-dan gətirilmiş işlənmiş iPhone-lar üçün anbar yerləşir.

FT qeyd edir ki, bu ərazidə oğurlanmış elektronikanın satışında ixtisaslaşan satıcılar toplanır. Bəzi cihazlar köhnə telefonların yenilərlə əvəz olunduğu proqramlar çərçivəsində qanuni şəkildə satılır.

Londonda oğurlanan texnika bazarının illik dövriyyəsi təxminən 65,5 milyon dollar təşkil edir.

FT britaniyalı sahibkar Sem Amraninin başına gələn hadisəni nümunə göstərərək yazır ki,  onun iPhone 15 Pro modeli küçədə oğurlanıb.

O, izləmə vasitəsilə cihazını əvvəlcə Londonda, sonra Honqkonqda və nəhayət, Şençjendə izləyə bilib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol