• $
  • £

İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib

İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib
23.05.2025 07:44

Tehranın nüvə obyektlərinə nəzarətin gücləndirilməsinə razılıq verməsi yalnız sanksiyaların ləğvi ilə mümkün ola bilər. Bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Haqlarımızdan imtina etmirik, lakin sanksiyalar aradan qaldırılarsa, şəffaflığı artırmaq üçün addımlar ata bilərik,” –  o, SNN telekanalına müsahibəsində bildirib.

Əraqçi qeyd edib ki, uranın zənginləşdirilməsi məsələsi hələ də həll olunmayıb və danışıqlar ABŞ razılaşana qədər davam edəcək.

Onun sözlərinə görə, əgər Vaşinqton zənginləşdirmənin tam dayandırılmasında israr etsə, heç bir razılıq əldə olunmayacaq.

Nazir əlavə edib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bəzi sanksiyalarla bağlı müddəaları yenidən nəzərdən keçirilməlidir.

“JCPOA hələ tam ölməyib, amma onu dirçəltmək mümkün deyil. Onu unutmaq lazımdır,” –  o qeyd edib.

Bu arada Ağ Evin sözçüsü Karolayn Levit bildirib ki, prezident Donald Tramp İranla danışıqların “doğru istiqamətdə irəlilədiyini” hesab edir. Tramp bu məsələni İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında da müzakirə edib.

CNN daha əvvəl xəbər verib ki, İsrail İrana qarşı nüvə infrastrukturuna zərbə endirmək imkanını nəzərdən keçirir. İranla ABŞ arasında beşinci danışıqlar raundu mayın 23-də Romada keçiriləcək.


N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol