• $
  • £

Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir

Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir
23.05.2025 07:49

Finlandiya Rusiyanın 1300 kilometrlik sərhəddə artan hərbi fəallığına cavab olaraq müdafiə infrastrukturunun genişləndirilməsi proqramını həyata keçirir. Bu barədə Finlandiya Müdafiə Qüvvələrinin Strateji İdarəsinin rəhbəri, general-mayor Sami Nurmi bildirib.

The New York Times və Wall Street Journal qəzetlərinin dərc etdiyi peyk görüntüləri Rusiyanın Finlandiya sərhədləri yaxınlığında hərbi infrastrukturu sistemli şəkildə gücləndirdiyini göstərir.

Kamyonka və Petrozavodsk bölgələrində çadır şəhərcikləri, zirehli texnika anbarları və pilotsuz aviasiya hissələri yerləşdirilib. Arktikadakı Severomorsk-2 helikopter bazasının bərpası da Finlandiyanın narahatlığına səbəb olub.

Helsinki hakimiyyəti müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmağı, ehtiyatda xidmət yaş həddini 65-ə çatdırmağı və 2031-ci ilə qədər 1 milyon nəfərlik səfərbərlik potensialı formalaşdırmağı planlaşdırır.

Apreldə Finlandiya piyada əleyhinə minaların qadağan olunması ilə bağlı Ottava Konvensiyasından çıxdığını elan edib.

Finlandiya prezidenti Tarja Halonenin keçmiş müşaviri Ayra Kalela haqqin.az-a bildirib ki, ölkə Rusiyanı potensial təhlükə kimi görür və bütün ssenarilərə hazırdır.

Onun sözlərinə görə, Finlandiyanın dondurulmuş Rusiya aktivlərindən maliyyələşdirilən Avropa Sülh Fondu çərçivəsində Ukraynaya 90 milyon dollar dəyərində ağır sursat göndərməsi Avropa təhlükəsizliyinin bir hissəsi kimi Ukraynanın müdafiəsinə verilən strateji dəstəyi əks etdirir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol