• $
  • £

Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər

Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər
23.05.2025 07:54

Avropa İttifaqının Ümumi İşlər Şurasının nazirləri mayın 27-də  Macarıstanla bağlı müqavilənin 7-ci maddəsi üzrə səkkizinci dinləmə keçirəcəklər. Bu prosedur Budapeştin Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsinə gətirib çıxara bilər. Bu  barıdı cümə axşamı dərc olunan gündəlikdə bildirilir. 

Aİ-nin əsas dəyərlərini ciddi və davamlı pozan üzv-dövlət, 7-ci maddəyə əsasən, bəzi hüquqlardan, o cümlədən səsvermə hüququndan məhrum edilə bilər.

2024-cü ilin mayında Polşa ilə bağlı eyni proses bağlandıqdan sonra, hazırda bu mexanizm yalnız Macarıstana qarşı qüvvədədir.

Brüssel Baş nazir Viktor Orban hökumətini məhkəmə müstəqilliyini və media azadlığını sarsıtmaqda, habelə Ukraynaya yardım və Rusiyaya sanksiyalarla bağlı qərarları veto qoymaqla İttifaqın dəyərlərini pozmaqda ittiham edir. 

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna apreldə bildirib ki, Macarıstanın Rusiya məsələləri üzrə daimi vetoları səbəbindən Aİ onun səsvermə hüququnun ləğvinə «yaxınlaşır». 

Sanksiyanın qüvvəyə minməsi üçün digər 26 üzv-dövlətin yekdil razılığı tələb olunur. Diplomatik mənbələrə görə, bir neçə ölkə hələ də bu qədər sərt addımı dəstəkləməyə hazır olmasa da, Budapeştə təzyiqi , o cümlədən dondurulmuş Aİ vəsaitlərini  saxlamaq istəyir.

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol