• $
  • €
  • ₽
  • ₺
  • £

Bu adamlara "ekspert" adını kim verib? - DİM sədrindən apelyasiya şikayətləri ilə bağlı açıqlama

Bu adamlara "ekspert" adını kim verib? - DİM sədrindən apelyasiya şikayətləri ilə bağlı açıqlama
23.05.2025 12:01

2026-cı ildən etibarən apelyasiya müraciətlərində əsaslandırma tələb olunacaq. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə  deyib.

“Apelyasiyalar üzrə maraqlı faktlardan biri də 85 telefon nömrəsinə gələn 10-dan artıq cavab məktubudur. Belə halların bir çoxu xidmət adı altında fəaliyyət göstərən şəxslərin təşkil etdiyi sistemli müraciətlərlə bağlıdır. Bəzi şəxslər özlərini “təhsil eksperti” kimi təqdim edərək valideyn və abituriyentlərə “apelyasiya yazıram, nəticəni dəyişirəm” vədləri verirlər. Mən bilmirəm kim bu adamlara ‘ekspert’ adı verib. Hansı ali məktəbdə dərs deyiblər? Hansı məqalələri yazıblar? Hansı beynəlxalq konfranslarda çıxış ediblər?” – deyə o bildirib.

Abbaszadə əlavə edib ki, növbəti ildən etibarən apelyasiya prosesinə qanuni və əsaslandırılmış yanaşma tələb ediləcək. 

“Bu o deməkdir ki, “təkrar qiymətləndirin” kimi qeyri-dəqiq şikayətlərə resurs ayrılmayacaq. Həmçinin, rəsmi cavablar yalnız ərizədə qeyd olunan əlaqə vasitələrinə göndəriləcək”, Abbaszadə mayın 23-də qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı bildirib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Cəmiyyət 10:29
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Cəmiyyət 10:12
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol