• $
  • €
  • ₽
  • ₺
  • £

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23.05.2025 18:08

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə bildirilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı və şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir:

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".

Oxşar xəbərlər
Oxşar xəbərlər
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Cəmiyyət 10:29
60 yaşdan yuxarı şəxslərdə xərçəng 7,6% artıb
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Cəmiyyət 10:12
Azərbaycanda iki gündə 83 şübhəli şəxs saxlanılıb
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Cəmiyyət 23:55
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
İmişli Şəkər Zavodunda yanğın olub
Cəmiyyət 23:10
İmişli Şəkər Zavodunda yanğın olub
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 22:51
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
Cəmiyyət 16:18
Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol