• $
  • £

Anar Məmmədliyə görüş qadağası

Anar Məmmədliyə görüş qadağası
09.01.2014 14:45
Barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə ailə üzvləri ilə görüş verilmir. Bunu “Media forum” saytına Anar Məmmədlinin həyat yoldaşı Vəfa Sübhani deyib.Anar Məmmədli Bakı İstintaq Təcridxanasında saxlanır. O, ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.Vəfa Sübhaninin sözlərinə görə, ailəyə deyilib ki, istintaq aparılan müddətdə Anarla görüş verilməyəcək: “Hazırda istintaq müddəti kimi 3 ay müəyyənləşdirilib, lakin məlumdur ki, müddət artırıla bilər. Yəni ən azı 3 ay, hətta ola bilsin daha uzun müddətə bizə Anarla görüşməyə icazə verilməyəcək.Anarla həftədə iki dəfə telefon əlaqəsi saxlaya bilirik. Dediyinə görə, səhhətindən, saxlanma şəraitindən şikayəti yoxdur. İstintaqın necə getdiyi, nə zaman bitəcəyi barədə məlumatlı deyiləm”.Anar Məmmədlinin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov “Media forum” saytına bildirib ki, qanuna əsasən, təqsirləndirilən şəxsin həftədə bir dəfə görüşmək hüququ var: “Müstəsna hallarda 2 ay ərzində görüşə icazə verilməyə bilər. Bu zaman əsaslandırılmalıdır ki, hansısa istintaq məlumatları kənara çıxa bilər. Ancaq Anar Məmmədli ilə bağlı belə bir hal yoxdur. Qanunla ona ailəsi ilə görüşə icazə verilməlidir”.Vəkil əlavə edib ki, iş üzrə heç bir istintaq hərəkatı aparılmır: “Anar Məmmədli ilə yanvarın 7-də görüşmüşəm. Səhhəti və saxlanma şəraiti normaldır”.Elçin Sadıqovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlanır: “Şikayət ərizəsində Anar Məmmədlinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi ilə tanınan azadlıq və toxunulmazlıq hüququnun pozulduğu və Anar Məmmədli haqqında çıxarılmış həbs qərarının qanunsuz olması, eləcə də Anar Məmmədlini girov müqabilində azad etmək və ya onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizin qanunsuz olaraq təmin edilmədiyi qeyd olunub”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
Cəmiyyət 18:11
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol