• $ 1.7
  • € 2.012
  • ₽ 0.022055
  • ₺ 0.0391
  • £ 2.3318

Sərxoş polislər Bakıda xuliqanlıq etdi

Sərxoş polislər Bakıda xuliqanlıq etdi
09.01.2014 13:52
Yanvarın 7-də axşam saatlarında Yasamal rayonu, Alatava qəsəbəsində, Bakı-Astara magistral yoluna çıxışda qəza baş verib. “KİA-Optima” markalı 85 CP 111 dövlət nömrə nişanlı avtomobil, Məhərrəm İsmayilov adlı şəxsin idarə etdiyi VAZ 21-011markalı 10 PX 978 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Qəzaya səbəb olan avtomobilin sürücüsü və sərnişini özlərini polis əməkdaşları kimi təqdim edərək, qəzaya düşən digər maşındakı şəxslərə qarşı zorakılıq tətbiq ediblər. AzNews.az-a daxil olan məlumata görə, qəza zamanı VAZ 21011 markalı maşında Məhərrəm İsmayılovun yanında 24 yaşlı oğlu Elimdar İsmayılov da olub. Qəzanı törədən avtomobilin sürücüsü və sərnişinlərinin içkili olduğu da daxil olan məlumatlar arasındadır. Hadisə şahidlərinin sözlərinə görə, özlərini polis kimi təqdim edən həmin şəxslər qarşı tərəfi təhqir etməklə kifayətlənməyib, hətta ata və oğulu döyməyə başlayıblar. Hər iki şəxsin ağır xəsarətlər aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisə yerində olan Milli Şuranın üzvü Cəmil Hacıyev və dostu Niyazi Qurbanov, eləcə də ətrafdakı şəxslər davaya müdaxilə edərək, ata və oğlu onları döyən şəxslərin əlindən almağa çalışıblar. Qarşıdurma nəticəsində C.Hacıyevin dostu Niyazi Qurbanov da xəsarət alıb, zorakılığa məruz qalan Məhərrəm İsmayılovun ayağı sınıb, Elimdar İsmayılov isə kəllə-beyin travması alıb. Onların ikisi təcili tibbi yardımla Musa Nağıyev adına Xəstəxanaya aparılıb. M.İsmayılov həkim müdaxiləsindən sonra evə buraxılıb. Elimdar İsmayılovun vəziyyəti isə ağır olaraq qalır. M.İsmayılov hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə zəng edib. Hadisədən bir gün sonra Yasamal rayon Polis İdarəsinin müstəntiqi Tural Hacıyev onların yaşadığı ünvana gələrək, izahat almaqla kifayətlənib. Milli Şuranın üzvü Cəmil Hacıyev AzNews.az-a faktı təsdiqləyib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 21:14
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib
Cəmiyyət 20:41
DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib
İsveç Ukraynaya enerji təchizatı üçün 1 milyard kron ayıracaq
Cəmiyyət 20:30
İsveç Ukraynaya enerji təchizatı üçün 1 milyard kron ayıracaq
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 19:57
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyeva Zarqa Yaftalı ilə görüşüb
Cəmiyyət 19:38
Leyla Əliyeva Zarqa Yaftalı ilə görüşüb
Nəsimidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
Cəmiyyət 19:30
Nəsimidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 19:00
Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq
Cəmiyyət 18:30
Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq
Bu rayonlarda qaz kəsiləcək
Cəmiyyət 18:25
Bu rayonlarda qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol