• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Neftçalada ev yanıb, ölən və xəsarət alan var - Yenilənib

Neftçalada ev yanıb, ölən və xəsarət alan var - Yenilənib
28.05.2025 14:37

Neftçalada ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

“Report”un məlumatına görə, hadisə evdə təmir işləri aparılan zaman baş verib.

Belə ki, evdə təmir işləri görən qardaşlar döşəməyə dolğu vuran zaman onlardan biri ehtiyatsızlıq edərək siqaret yandırıb. Bu zaman dolğuda yaranmış qaz anidən partlayıb.

Partlayış nəticəsində qardaşlardan biri Bayram Əzizov hadisə yerində ölüb. Digər qardaş Babək Əzizov isə yanıq xəsarətləri alıb.

120 kvadratmetrlik evin bir otağı partlayışla müşahidə olunan yanğın nəticəsində yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. 

14:01

Neftçalada fərdi ev yanıb.

“Report”un məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğluna məxsus fərdi yaşayış evi anidən yanmağa başlayıb. Yanğın əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb.

Ev sahibi B.Əzizov yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır
Cəmiyyət 16:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır
Azərbaycanın meşə fındığı ixracı 49% artaraq 76 milyon dollara çatıb
Cəmiyyət 16:37
Azərbaycanın meşə fındığı ixracı 49% artaraq 76 milyon dollara çatıb
Bakı məktəbində direktorla bağlı iddialara araşdırma aparılacaq
Cəmiyyət 16:09
Bakı məktəbində direktorla bağlı iddialara araşdırma aparılacaq
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Cəmiyyət 15:55
MEDİA müsabiqə nəticələrini açıqlayıb
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Cəmiyyət 15:42
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Cəmiyyət 14:26
Lənkəran-Lerik ərazisində zəlzələ qeydə alınıb
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
Cəmiyyət 14:17
Subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
BDYPİ valideynlərə çağırış edib
Cəmiyyət 13:38
BDYPİ valideynlərə çağırış edib
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Avqustun 1-nə olan hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol